Azərbaycanın “Messi”sinə haqsızlıq etmək olmaz! - VİDEO

15:00 Sportinfo TV 218
Azərbaycanın “Messi”sinə haqsızlıq etmək olmaz! - VİDEO

Azərbaycanın və dünyanın ən məşhur karateçisi Rafael Ağayev son vaxtlar diqqətdən kənarda qalıb.

Onun mediaya verdiyi açıqlamalardan bunu açıq-aydın görmək olar.

"Qara Brilyant" ləqəbi ilə tanınan döyüş ustası Azərbaycan Karate Federasiyasının ona münasibətdə göstərdiyi sayğısızlıq barədə ilginc ifadələr işlədib, konkret faktlar göstərib.

Uzun illərdir bu sahədə böyük əmək sərf edən, qazandığı böyük uğurlara rəğmən, qarşılığını görməyən Ağayevin söylədikləri ictimaiyyətdə rezonans doğurub.

“YaaRa“nın təsisçisi və direktoru Yaqut Bayram karate dünyasında “Karatenin Messi”si adlandırılan Rafaelin dediklərinə biganə qalmayıb.

Tanınmış tekstil şirkətinin yaradıcısı beşqat dünya çempionu, onbirqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibinin üzləşdiyi vəziyyətlə bağlı öz fikirlərini bildirib.

“SPORTİNFO TV”

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti