Premyer Liqanın birinci turundan təxirə salınan "Sabah" - "Qarabağ" matçından (2:1) sonra Nəriman Axundzadəyə olan xüsusi maraq diqqətdən qaçmadı.
Ağdam təmsilçisinin məğlubiyyətinin ardınca üzgün halda arenanı tərk edən gənc hücumçunun önünü azyaşlı fanatları kəsdi.
Kimisi avtoqraf alırdı, kimisi də foto çəkdirib, ürək sözlərini deyirdi.
Nəriman yalnız böyük çətinlik bahasına klubun avtobusuna daxil ola bildi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

