“Neftçi” Yevlax səfərindən çətin qələbə ilə qayıtdı – 2:1.
“Ağ qaralar” qələbə qolunu son saniyələrdə penaltidən vurdu.
Hakimin 11 metrik zərbə qərarından sonra isə meydanda maraqlı anlar yaşandı.
Eminin yerdə qaldığını görən Vensan Abubakar topu əlinə götürüb, nöqtəyə yaxınlaşdı.
Bu məqamda baş məşqçi Yuri Vernidub kamerunlu hücumçunu yanına çağırıb, onunla qısaca söhbət etdi.
Məhz bundan sonra kapitana yaxınlaşan təcrübəli oyunçu öz əlləri ilə topu ona həvalə etdi.
SPORTİNFO.AZ
Başverənlərə aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

