İlkin Fikrətoğlu hazırladı: Muradsız "Sabah" və ya bir istefanın "pərdəarxası" - VİDEOSÜJET

2 Fevral 19:00 Sportinfo TV 1 378
İlkin Fikrətoğlu hazırladı: Muradsız "Sabah" və ya bir istefanın "pərdəarxası" - VİDEOSÜJET

Azərbaycan futbolunda 2024-cü ilin ilk məşq istefası "Sabah"da oldu.

2021-ci ilin oktyabrından baş məşqçi postunda olan rusiyalı mütəxəssis Murad Musayev ölkə kubokunun 1/4 finalında " Qarabağ"a 1:7 hesablı ağır məğlubiyyətdən bir gün sonra istefa verdiyini açıqladı.

Hərçənd oyundan dərhal sonra keçirilən mətbuat konfransında Musayev belə bir fikrinin olduğunu qətiyyən biruzə verməmiş, əksinə, komandanı çətin durumdan çıxarmağa çalışacağını demişdi.

Bəs, bir sutka ərzində nə dəyişdi?

Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetində Murad Musayevin istefasının görünən və görünməyən səbəblərindən danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!