
Premyer liqanın ardınca Azərbaycanda 2-ci liqaya da start verildi.
27 illik fasilədən sonra ilk dəfə təşkil edilən 2-ci liqada 14 komanda mübarizə aparır ki, onların 11-i bölgə təmsilçiləridir.
Sonuncu dəfə Azərbaycan çempionatında 1997-ci ildə çıxış edən, daha sonra maliyyə problemləri səbəbindən dağılan Qaxın "Kürmük" komandası da liqanın iştirakçıları arasındadır.
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini 26 ildən sonra ölkənin peşəkar futbol ailəsinə qayıdan "Kürmük" komandasına həsr edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: