"Azərbaycanda pul yoxdur" - Superkuboku niyə burada keçirmək istəməyiblər?

30 Dekabr 2023 12:40 Sizdən Bizə 1 464
"Azərbaycanda pul yoxdur" - Superkuboku niyə burada keçirmək istəməyiblər?

Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin sonradan təxirə salınan Türkiyə Superkuboku ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, əvvəlcə qarşılaşmanın Azərbaycanda keçirilməsi nəzərdə tutulsa da, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bunu istəməyib.

O, bir neçə müddət əvvəl verdiyi açıqlamada bunları deyib:

“Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı.

Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur.

Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bizim üçün də böyük addım olacaq”.

Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” prezidenti Ali Koç da Səudiyyə Ərəbistanından öncə qarşılaşmanın Azərbaycanda keçirilməsini istəməyib.

Ötən gecə Səudiyyə Ərəbistanında keçirilməli olan qarşılaşma yerli hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə vermədiyi üçün baş tutmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!