"Bunun üçün akademiyalara yatırım etmək lazımdır".
Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli menecer Murat Senay deyib.
Azərbaycanlı futbolçulardan Şahruddin Məhəmmədəliyev və Sərtan Taşkını, dünya ulduzlarından Luis Nanini Türkiyəyə aparmasıyla məşhurlaşmış agent "Azərbaycanda yaxşı oyunçular qazanmaq üçün nələr edilməsi lazımdır" sualına cavabında bunları söyləyib:
"Futbol akademiyadadır. "Fənərbaxça" Arda Güləri "Real Madrid"ə satdı.
Belə nümunələr çoxdur. "Qarabağ" da öz yetirmələrini bu şəkildə dünya klublarına sata bilər.
Marketinq dəyərini qaldırmaq lazımdır. Futbolun səviyyəsini qaldırıb, xarici menecerləri bura gətirilmək lazımdır.
Türkiyə Süper Liqasında 5 matça çıxan gənc üçün Avropadan anında təkliflər gəlir. Futbol bu qədər sadədir".

