Niyə Azərbaycanı yox, bu ölkənin millisini seçdi?

29 Mart 23:20 Sizdən Bizə 7 186
Niyə Azərbaycanı yox, bu ölkənin millisini seçdi?

“Araz-Naxçıvan”ın legioneri Felipe Santosun Azərbaycanda çıxışı Braziliya mətbuatının diqqətini çəkib.

Sportinfo.az xəbər verir ki, yerli KİV 29 yaşlı yarımmüdafiəçinin parlaq performansının nəticəsi olaraq Benin millisinə dəvət aldığını yazıb.

“Palmeyras”ın yetirməsi artıq bu ay Benin yığmasının heyətində debüt edə biləcək.

Cari mövsüm 19 oyunda 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan Santos oyunu oxuma bacaran, dəqiq ötürmələri və hücumlara fəal qoşulması ilə fərqlənən müasir tipli yarımmüdafiəçi kimi qələmə verilib.

Bildirilib ki, bu xüsusiyyətlərlə onun hətta Azərbaycan millisinə çağırılmaq variantı da istisna olmayıb. Lakin futbolçu rəsmi dəvəti Benindən alıb və müsbət cavablandırıb.

2021-ci ildə Azərbaycana gələn Felipe Santos ölkəmizdə “Şamaxı”, “Qəbələ” və “Araz-Naxçıvan”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!