Ukrayna klubundan Premyer Liqamıza transfer olunacaqlar?

27 Dekabr 2025 20:20 Sizdən Bizə 2 453
Ukrayna klubundan Premyer Liqamıza transfer olunacaqlar?

“Zarya”nın futbolçuları Azərbaycandan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, pleymeyker İvan Qolovkin və sol vinger Vladislav Vakula Azərbaycan da daxil olmaqla, bir neçə ölkə klublarının diqqət mərkəzindədirlər.

“Zarya”nın baş məşqçisi Viktor Skripnik də məlumatı təsdiqləyib.

Lakin o, futbolçuların müqavilələrinin davam etdiyini, ancaq yekun qərarın hər iki tərəfi qane edəcək şəkildə olacağını deyib.

Həm İvan Qolovkin, həm də Vladislav Vakulanın “Zarya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq