COP29

Xarici baş məşqçi etiraf etdi, Azərbaycana dəstək oldu, alqış aldı - VİDEO

25 Sentyabr 2023 02:00 Sizdən Bizə 954
Xarici baş məşqçi etiraf etdi, Azərbaycana dəstək oldu, alqış aldı - VİDEO

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən "Qarabağ" - "Molde" matçından (1:0) sonra maraqlı an yaşanıb.

Qonaqların baş məşqçisi Erlinq Moe keçirilən mətbuat konfransının sonunda hər kəsi təəccübləndirən addım atıb.

O, Qarabağ iqtisadi rayonun separatçılara qarşı lokal antiterror tədbirləri görən Azərbaycanı dəstəklədiyini açıq şəkildə etiraf edib:

"Azərbaycanın ölkə olaraq bizi çox yaxşı qarşıladığını deməliyəm. Hazırda sizin üçün çətin dönəmin olduğunu bilirəm. Sizə ən yaxşısını arzulayıram. Ümid edirəm ki, sonda hər şey sizin üçün yaxşı olacaq".

Onun bu sözləri media nümayəndələri tərəfindən alqışla qarşılanıb.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?