Türkiyə klubunun baş direktorundan "Neftçi" və "Qarabağ" haqda ÖNƏMLİ AÇIQLAMA

30 Noyabr 2022 20:20 Sizdən Bizə 1 278
Türkiyə klubunun baş direktorundan "Neftçi" və "Qarabağ" haqda ÖNƏMLİ AÇIQLAMA

Bir müddət əvvəl Azərbaycanda səfərdə olman "Neftçi" və "Qarabağ" rəsmiləri ilə görüşən "Alanyaspor"un baş direktoru Serkan Daldal sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan klubları ilə əməkdaşlıq etmək istəmələri, Premyer Liqamızda çıxış edən futbolçularla maraqlanıb-maraqlanmadıqları haqda danışıb.

- Bu il Azərbaycanda səfərdə oldunuz və "Neftçi", "Qarabağ" klublarının rəsmiləri ilə görüşdünüz. Ondan sonda adıçəkilən klublarla növbəti görüşünüz oldu?
-
Bəli, "Neftçi" və "Qarabağ" rəsmiləri ilə gözəl tanışlığımız oldu. Gözəl bilgi alış-verişi etdik. Azərbaycanın iki sevimli və dəyərli komandası ilə qardaş klub olmaq üçün ən qısa zamanda addımlarımızı atacağıq. Bir az zaman lazım idi. Tezliklə hər şey olacaq.

- Hətta Bakıda "Alanyaspor"un futbol akademiyası da fəaliyyətə başladı. Oranın durumu ilə heç maraqlanırsınız?
- Əlbəttə ki, Bakıdakı akademiyamızın durumu ilə də maraqlanırıq. Gənc və istedadlı azərbaycanlı oyunçuları qazandırmağın sevinci içindəyik. Təbii ki, istedadlı uşaqları Türkiyəyə gətirəcəyik. Bu yöndə də, işlərimiz gedir.

- Önəmli məsələlərdən biri də, "Alanyaspor"un Azərbaycan Premyer Liqasında çıxış edən futbolçulardan kimisə transfer edib-etməməsidir. Maraqlandığınız oyunçular var?
- Düzünü deyim, bu dəqiqə üçün Azərbaycan Premyer Liqasından transfer edəcəyimiz futbolçular yoxdur. Amma bu, heç vaxt olmayacaq anlamına da gəlmir. Çempionatınızda çox istedadlı futbolçular var. "Qarabağ"ın Avropadakı uğurlu nəticələri də bunu göstərir. Özü də klub Azərbaycanın yetişdirdiyi səviyyəli baş məşqçiyə sahibdir. Bayaq dedim ki, bu dəqiqə üçün transfer etmək istədiyimiz yoxdur. Amma sizin çempionatda bəyəndiyimiz oyunçular da var.

- Türkiyə klubları Azərbaycan A millisində oynayan heç bir oyunçunu transfer etmir. Səncə, Azərbaycan yığmasının heyətində məsələn, "Alanyaspor"da oynayacaq səviyyədə futbolçu yoxdur?
- AFFA çox gözəl işlər görür. Məncə, Azərbaycan futbolu günü-gündən inkişaf edir. Azərbaycanla Türkiyə arasındakı münasibət hər sektorda olduğu kimi, futbolda da olacaqdır.

- "Neftçi" və ya "Qarabağ"la Bakıda yoldaşlıq matçı oynamaq planınızda var?
- Azərbaycan və ya Türkiyədə şərtlər uyğun olarsa, təbii ki, dostluq matçı keçirmək istəyərik. "Neftçi" də, "Qarabağ" da Azərbaycanın önəmli komandalarıdır. Planlarımız arasında həmin matçı keçirmək var. Allah qoysa, hər şeyi gerçəkləşdirəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?