“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan sərt danışdı

23 Oktyabr 2021 02:30 Sizdən Bizə 2 044
“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan sərt danışdı

“İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı sualı cavablandırarkən deyib.

“Mənim şəxsən belə bir gözləntim yoxdur. Bu gün İrandakı azərbaycanlıların sayı göz önündədir.

Bu, düşünməyə vadar edir. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi də bu yanlışı davam etdirməz”, - deyə Ərdoğan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti