"Tottenhem"in ulduzu Bakıya valeh oldu: "ÇOX GÖZƏLDİR"

15 İyun 2021 23:00 Sizdən Bizə 1 124
"Tottenhem"in ulduzu Bakıya valeh oldu: "ÇOX GÖZƏLDİR"

"Şəhəri görmək çox xoş idi".

Sportinfo.az xəbər verir ki, bunu Avropa çempionatının A qrupunun oyunları üçün Bakıda olan Uels yığmasının futbolçusu Co Rodon jurnalistlərə açıqlamasında deyib.

"Tottenhem"dən Britaniya təmsilçisinə çağırılan 24 yaşlı müdafiəçi Azərbaycan paytaxtını çox bəyəndiyini söyləyib:

"Bakı müasir, gözəl şəhərdir. Biz yerli küçələrlə gəzməyi çox xoşlayırdıq".

Uels iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci oyununu iyunun 16-də Türkiyəyə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi