"Səhvə yol verdim və kənarda qaldım" - Azərbaycanı səbrsizliklə gözləyir

3 İyun 2021 14:20 Sizdən Bizə 814
"Səhvə yol verdim və kənarda qaldım" - Azərbaycanı səbrsizliklə gözləyir

"Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

22 yaşlı sürücü Bakıdakı trasın möhtəşəm olduğunu bildirib: "2019-cu ildə burada "Formula 2"də yarışdım, möhtəşəm idi.

Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz".

Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək. Mik Şumaxer Bakıda ilk dəfə "Formula 1" bolidi ilə yarışacağını sözlərinə əlavə edib:

"Bu bolidlər "Formula 2"dəki maşınlardan daha sürətlidir. Əvvəl bu trasda yaxşı çıxış etmişəm və podiuma çıxmaq şansım var idi.

Sıralamada səhvə yol verdim və kənarda qaldım. Bazar günü isə həlledici mərhələdə 5-ci yerlə kifayətləndim".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu