
«Keşlə» yenə problemlə üzləşib.
Sportinfo.az-ın məlumatına görə, paytaxt klubu Lorenso Frutos və Franko Floreslə dil tapa bilməyib.
Paraqvaylı hücumçu və argentinalı müdafiəçi sabiq «bankirlər»in müqaviləni 2 ay müddətinə uzatmaq istəyini qəbul etməyib. Cənubi amerikalıları narazı salan digər futbolçulara 1 illik kontrakt təklif olunduğu halda, onlara belə bir çağırışın gəlməməsidir.
Hər iki legioner hazırda Bakıdadır və sərhədlərin açılmasını gözləyir. Təyyarə uçuşlarına icazə verilməməsi okeanın o tayından gələnləri buraxada saxlayan yeganə səbəbdiir.
«Keşlə» rəsmiləri isə hava nəqliyyatının bərpasının hələ zaman alacağını təxmin edərək, Frutosla Floresin daşı ətəyindən tökəcəyinə və heç olmasa, iyulun əvvəlinədək məcburi surətdə qalaraq oynamağa davam eləcəyinə ümid bəsləyir.