
“Şamaxı” Premyer Liqanın 30-cu turunda “Sumqayıt”ın qonağı oldu.
Oyunda hesabı ev sahibləri açdı.
Doqquzuncu dəqiqədə israilli yarımmmüdafiəçi Roi Kehat “kimyaçılar“ı önə çıxardı. Şirvan təmsilçisi fasilədən sonra geridönş etdi.
Öncə Maykl Tuik bərabərlik qolunu vurdu (57), ardınca Alfons Msanqa (60) yekn nöqtəni qoydu.
Səfərdə qazanılan qələbə “şirlər“in xal ehtiyatını 31-ə çatdırdı və xeyli rahatlatdı. Hər halda turnir cədvəlində yeddinci pilləyə yüksəlmək böyük ölçüdə elitada yerini qorumaq deməkdir.
Baş məşqçi Ayxan Abbasov matçdan sonra komanda üzvlərini ətrafına yığaraq şamaxılı azarkeşlərin olduğu tribunaya yaxınlaşıb.
O, fanatları önündə çıxış edib, maraqlı fikirlər söyləyib. Gənc mütəxəssisin söylədiyi sözlər “12-ci oyunçu“ tərəfindən böyük coşqu ilə qarşılanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN