Üç illik kontrakta imza atan baş məşqçi kimi özünə köməkçi götürdü?

14:00 Şamaxı 257
Üç illik kontrakta imza atan baş məşqçi kimi özünə köməkçi götürdü?

«Şamaxı»nın yeni sükançısı Azər Bağırov ilk seçimini edib.

«Şirlər»lə 3 illikü müqavilə imzalayan mütəxəssis qapıçılar üzrə məşqçi tapıb.

O, Davud Kərimlini əyalət təmsilçisinə gətirib. Minifutbol üzrə millinin sabiq qapıçısı ilə münasibətlər artıq rəsmiləşib.

Bağırov ötən ilin oktyabrından bu ilin mayınadək «Kəpəz»də işləyib. Maaşını artırmadıqları üçün o, Gəncə təmsilçisi ilə yeni müqavilə imzalamayıb.

«Şamaxı»dan hər ay 13 min manat əməkhaqqı alacaq çalışdırıcı burada öz korpusunu hələ tam formalaşdırmayıb. Qardaşı Araz Bağırov və Davud Kərimli - hazırda başqa kimsə yoxdur.

Son illər çiyin-çiyinə dayandığı Rakif Əliyev «Şamaxı»ya getməkdən imtina edib, Zaur Əsədovla Vüqar Məmmədov «Kəpəz»də qalmağa üstünlük verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti