«Şamaxı» yeni baş məşqçisinin adını rəsmən duyurdu.
Azər Bağırovla anlaşdıqlarını açıqladılar.
Son olaraq «Kəpəz»i çalışdırmış mütəxəssislə 3 illik müqavilənin bağlandığı bildirildi. Kontraktın maliyyə tərəfi isə açıqlanmadı, gizli saxlanıldı.
Bizim isə onu sirr saxlamaq niyyətimiz yoxdur. Allahdan gizlin deyil, sizdən niyə gizli olsun?
Onda bilin: «şirlər» Bağırova hər ay 13 min manat əməkhaqqı ödəyəcək. Bu tsə məşqçinin Gəncə klubunda ldığı məvacibdən 3000 manat çoxdur.
Ayxan Abbasovun yerinə gətirilmiş həmkarı komandanı Premyer Liqadla saxlayacağına söz verib.
Vədini tutsa, sonrakı mövsümlərdə maaş məsələsinə bir də baxılacaq.
SPORTİNFO.AZ

