“Şamaxı”nın növbəti mövsüm üçün hədəfi bəllidir.
Mümkün qədər çox yerli futbolçulara güvənməklə onların inkişafına nail olmaq.
Klub “Keşlə”dən imtina edib “Şamaxı” olandan bu yana necədirsə, yənə o şəkildə davam edəcək.
Sportinfo.az xəbər verir ki, müqavilə müddəti başa çatan əksər azərbaycanlılarla vidalaşan bölgə təmsilçisi onların boşluğunu doldurmağa çalışır.
Hədəfdə olan lardan biri Nadir Orucovdur. Ötən mövsüm “Sumqayıt”ın heyətindən tanıdığımız 19 yaşlı gənc.
Potensial baş məşqçi Azər Bağırov Premyer Liqada 23 oyuna çıxşmış sol cinah müdafiəçisini sərəncamında görmək istəyir. Bu barədə arzusunu klub rəhbərliyinə çatdırıb.
Əldə etdiyimiz bilgiyə görə, məsələ ilə bağlı klublar arasında danışıq olub. Şamaxılılar Nadiri icarəyə götürmək istəyində olduğunu bildirib.
“Kimyaçılar” qarşı tərəfin müraciətinə hələ ki, isti yanaşmır.
HƏBİB / SPORTİNFO.AZ

