«Kəpəz»dən ayrılan Azər Bağırov «Şamaxı»ya təyinatı rəsmiləşməmiş daha bir bəd xəbər alıb.
Son iki ildə onunla çiyin-çyinə fəaliyyət göstərmiş Rakif Əliyev məşqçi korpusunu tərk edib.
O, əvvəlcə yeni iş yerində bərabər çalışmağa razılıq versə də, son anda qərarını dəyişib.
Güman ki, bu, «şirlər»in ödəmək istədiyi maaşın onun ürəyincə olmamasıyla bağlıdır. Ya da ola bilər ki, başqa klubdan daha yaxşı şərtlərlə müqavilə təklifi alıb.
«Şamaxı» ilə 3 illik anlaşan Azər Bağırova yalnız qardaşı sadiqlik göstərib. Araz Bağırovdan savayı yanında kimsə qalmayıb.
«Kəpəz»də köməkçiləri olmuş Zaur Əsədov və Vüqar Məmmədov da onunla birlikdə «Şamaxı»ya yollanmaqdan imtina edib.
SPORTİNFO.AZ

