"Şamaxı"da növbəti ayrılıq yaşana bilər.
Bu dəfə Arsen Ağcabəyovun bölgə klubundan ayrılanların sırasına qoşulmaq təhlükəsi yaranıb.
Əslində müqaviləsi başa çatan kapitanı "şirlər" saxlamaqda maraqlıdır.
O özü də burada xoşbəxtdir.
Amma 25 yaşlı futbolçu ilə maaş məsələsində anlaşmaq asan olmayacaq.
Müqaviləsi başa çatan mərkəz müdafiəçisi uğurlu mövsüm sonrası haqlı olaraq daha yüksək əməkhaqqı tələb edir.
Lakin "Şamaxı" rəhbərliyi tələbi qarşılamaqda çətinlik çəkir.
Ağcabəyovin xidmətində maraqlı olan ən azı 2-3 klub var.
"Şamaxı" ilə razılıq əldə olunmasa, arxa xətt oyunçusu digər təkliflərə baxmalı olacaq.
Arsen başa çatan mövsüm 31 oyunda forma geyinib və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN/ SPORTİNFO.AZ

