“Yarpaq tökümü” gücləndi: Buranı tərk edənlərin sayı 8-ə çatdı

27 May 00:40 Şamaxı 660
“Yarpaq tökümü” gücləndi: Buranı tərk edənlərin sayı 8-ə çatdı

"Şamaxı" daha bir futbolçusu ilə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rodriqe Fernandesin müqaviləsi başa çatıb və o, komandadan gedib.

Portuqaliyalı yarımmüdafiəçi bu ilin mart ayından "Şamaxı"da çıxış edirdi. O, komandada cəmi 5 oyunda meydana çıxmışdı.

Buna qədər "Şamaxı" icarə müqaviləsi başa çatan Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovla da yolları ayırıb. Bundan başqa, Karim Rossi və Rüfət Abbasov da "Şamaxı"dan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!