Ayxan Abbasov: "Bizi ağır yol gözləyir"

10 May 21:30 Şamaxı 155
Ayxan Abbasov: "Bizi ağır yol gözləyir"

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar üçün final oyunudur. Keçən oyunda David Santosun zədələnməsi komandada ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Ağır zədə alıb. Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi klublar üçün son matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, son ev oyunumuz olacaq. "Turan Tovuz"a qarşı oynayacağıq. Hazırlaşacağıq. Bu gün də bəzi oyunçuları meydanda gördük".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 31-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Ardıcıl 2 güclü rəqiblə qarşılaşdız. Növbəti oyun da "Turan Tovuz"a qarşıdır. İki oyunda qol vurmayıb, 6 qol buraxdınız. Futbolçuların oyuna köklənməsinə problem hiss edirsiz?

- Düzdür, iki oyuna 6 top buraxdıq. Bundan əvvəl biz az qol buraxmağımıza görə 4-cü və ya 5-ci yerdəydik. Bizim təqvimimiz ağır idi. Çempionatı ümumi dəyərləndirəndə, fikirləşirdik ki, son matçlar bizim üçün həlledici olsa, çox çətin olacaq. Avrokuboklara və çempionluğa oynayan rəqiblərlə oynadıq. Bizim bu matçlardan əvvəl çempionatda vəziyyətimiz aydın idi. Futbolçular bir az yorulub. Çox gərgin keçdi, zədələr oldu. Görürsən ki, futbolçular tətili gözləyirlər. Bu da normaldır. Onlar da bizə mane olur. "Neftçi" də çox motivasiyalı idi. Hamısı səbəbdir. Futbolçularıma ağır yolda canlarını qoydular, onlardan klub olaraq razıyıq. Azarkeşlərimiz də gəlmişdi. Onları sevindirmək istəyirdik. Amma alınmadı.

- Son mətbuat konfranslarında "Şamaxı"dan gedəcəyinizi inkar etmirdiniz. Amma klub rəsmisi Kamran İsmayılov deyib ki, mövsümün sonunda danışacağıq. "Şamaxı"dan gələcək təklif sizi fikrinizdən döndərə bilər?

- Nəyə görə deyirdik ki, çempionatın sonunda...Çünki qışdan bu söhbət gedir, fikirlər var ki, yayda necə olacaq. Klubla danışmışıq, onların təhlilini etmişik, onlar bilir necə olacaq. "Şamaxı"da son 2 oyunum qalıb. İstəyərdik ki, xallar qazanaraq ayrılaq.

- "Şəfa"nı çalışdıracağınızla bağlı məsələ doğrudur?

- Elə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq. Klublardan hələ təklif olmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 May 03:50 Avropa çempionu oldu