Premyer Liqa klubu ilə sağollaşan baş məşqçinin gerçək arzusu harada işləməkdir?

16:30 Şamaxı 230
Premyer Liqa klubu ilə sağollaşan baş məşqçinin gerçək arzusu harada işləməkdir?

“Şamaxı” rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

Son 2 ildə komandanın nəticələrinə cavabdehlik daşıyan Ayxan Abbasov bu ayın sonunda postundan ayrılacaq.

O, bu barədə istəyini klubun idarəçilərinə bir neçə ay əvvəldən deyib.

Abbasovun getmək fikrinə düşməsi heç də Azərbaycan millisindəki işi ilə bağlı deyil. Yəni məlum qərarı iki yerdə çalışmağın çətinliyinə, yaxud mümkünsüzlüyünə görə verməyib.

Sadəcə klub səviyyəsində daha iddialı yerdə çalışmaq niyyətindədir.

Əldə etdiyimiz bilgiyə görə, Ayxan bəy yaxın gələcəkdə yenidən Premyer Liqada fəaliyyət göstərməyə isti yanaşır.

Lakin bu, elə bir klub olmalıdır ki, şəraiti və imkanları yaxşı səviyyədə olsun, komanda medalçı yerlər uğrunda mübarizə aparsın.

Məşqçilik karyerası ərzində əsasən ortabab, yəni məhdud bürcəli klublarda çalışmaqla adından söz etdirməyi bacaran 44 yaşlı mütəxəssis artıq yorulub. “Gözlə”, “inşallah, olar”, “yaxşı olacaq” kimi əsaslardan qurtulmağa çalışan Abbasov özünü Premyer Liqanın aparıcı klublarından birində görmək istəyir.

Yaxın gələcəkdə əlinə belə bir şans düşsə, fürsəti heç bir halda əldən verməyəcək.

Odur ki, Azərbaycan millisinin baş məşqçisini növbəti mövsümdə imkanlı klubların birində görsəniz, təəccüblənməyin.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti