Braziliyalı müdafiəçi daha meydana çıxa bilməyəcək

5 May 08:30 Şamaxı 708
Braziliyalı müdafiəçi daha meydana çıxa bilməyəcək

“Şamaxı”nın müdafəçisi David Santos mövsümü erkən başa vurub.

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində “Sabah”la oyunda zədələnən braziliyalı daha meydana çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 34-cü dəqiqəsində Alfons Msanqa ilə əvəzlənən təcrübəli oyunçunun diz bağları qırılıb.

Həkimlərin yekun diaqnozundan sonra onun meydana qayıdacağı dəqiq tarix bəlli olacaq.

Santosun “Şamaxı” ilə müqavləsi yayda başa çatır. Amma onun anlaşmasında “+1” bəndi var. Yəni futbolçu istəsə, komandada qala bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...