Komandanı mənə verin - İki dəfə rayona getdi, İcra Hakimiyyətində oldu

14:00 Şamaxı 260
Komandanı mənə verin - İki dəfə rayona getdi, İcra Hakimiyyətində oldu

«Şamaxı»nın baş məşqçi postuna namizədlərin sayı durmadan artmaqdadır.

Ayxan Abbasovun 1 ay sonra buradan ayrılması fonunda mövcud hərəkətlik anlaşılandır.

Çünki hamı Premyer Liqada işləməyi arzulayır. İstər vaxtilə elita həyacanını yaşayanlar, istərsə də bu ab-havanıı hələ hiss etməyənlər olsun.

Şahin Diniyev «şirlər»i çalışdırmağa namizədlərin siyahısına öz adını əlavə edib. Təcrübəli mütəxəssis son həftələrdə iki dəfə Şamxıya səfər eləyib, yerli İcra Hakimiyyətində olub, görüşlər keçirib.

Diniyev xeyli müddətdir işsizdir. O, sonuncu dəfə «Səbail»də fəaliyyət göstərib.

2021-ci ilin dekabrında sükanı arxasına keçdiyi «dənizçilər»lə 2024-cü ilin noyabrında yollarını ayırıb.

20 il qabaq millini çalışdırmış Diniyev «Şamaxı»nı növbəti mövsüm Premyer Liqada saxlayacağına inanır. O, rəsmilərlə söhbətində belə bir vəd səsləndirib.

Son iki mövsümdə «şirlər»ə başçılıq etmiş A.Abbasov indən belə yalnız millidə fəaliyyət göstərəcək. AFFA ilə bağladığı müqavilə 2026-cı ilin dekabrınadək qüvvədədir.

«Şamaxı»nın alternitvləri gündən-günə artmaqdadır. Bu ilin əvvəlində «Araz-Naxçıvan»dan uzaqlaşdırılan Elmar Baxşıyevlə yanaşı, hazırda «Kəpəz»də çətin dönəmdən keçən Azər Bağırov da ora can atır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti