Ayxan Abbasovun postunu arzulayan daha bir məşqçinin ADI

21:20 Şamaxı 336
Ayxan Abbasovun postunu arzulayan daha bir məşqçinin ADI

“Kəpəz” uğursuzluq zolağından çıxa bilmir.

25-ci turda “Qarabağ”ı udaraq (1:0) gəncəli azarkeşləri ümidləndirən komanda son 4 turda meydanı məğlub tərk edib.

Çempionat sona yaxınlaşdıqca kollektiv daxilindəki gərginlik hər ötən həftə artmaqdadır.

Sonuncu pillədəki “Karvan-Yevlax”la xal fərqi çox olsa da, mövsümü 11-ci pillədə başa vurub I Liqanın 2-cisi ilə pley-off oynamaq təhlükəsi kifayət qədər realdır.

Yaranmış vəziyyət baş məşqçi Azər Bağırovun ürəyincə deyil. O da bezib. Yorulub. Problemləri yoluna qoymaqdan cana doyub.

Baş məşqçi kimi Premyer Liqada üçüncü ilini keçirən mütəxəssis iş yerini dəyişmək barədə düşünür.

Əldə etdiyimiz bilgiyə görə, Bağırovun arzuladığı klub “Şamaxı”dır.

Ayxan Abbasovun mayda buradan ayrılacağı gün kimi aydındır. İyundan etibarən yalnız Azərbaycan millisinin uğurları üçün tör tökəcək.

Bunu nəzərə alan Bağırov “Şamaxı”da işləməyə isti yanaşır. Həm mühit sakitdir, həm Bakıya yaxındır, həm də rəhbərlik və azarkeş səviyyəsində təzyiq yoxdur. Necə deyərlər, başını aşağı sal, işini gör.

“Şamaxı” rəhbərliyi hələ ki, Azər Bağırov variantına isti yanaşmır. Ehtiyat variant kimi pis deyil. Lakin hədəfdə başqa şəxs(lər)in adı var.

Deyəsən, özü də bundan məlumatlıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti