“Şamaxı” Ayxan Abbasovun yerinə çempion məşqçi gətirir?

26 Aprel 11:30 Şamaxı 3 787
“Şamaxı” Ayxan Abbasovun yerinə çempion məşqçi gətirir?

Ayxan Abbasovun “Şamaxı”nı tərk edəcək.

Azərbaycan millisinə rəhbərlik edən baş məşqçi klub rəhbərliyi ilə bu mövzuda razılığa gəlib.

İşlərinin çoxluğu ilə əlaqədar yalnız yığmada qalacaq, iki yerdə çalışa bilməyəcək.

“Şamaxı” rəsmiləri indi yox, hələ ilin əvvəlindən yeni baş məşqçi ilə bağlı axtarışa başlayıb.

Müzakirələr aparılıb, danışıqlar olub, lakin yekun qərar yoxdur. Çünki namizəd sayı nə 1-dir, nə də 2.

Bölgə təmsilçisinin keçmiş baş məşqçisini qaytarması kifayət qədər realdır.

Söhbət 2023/24 mövsümündə “Şamaxı”nı I Liqanın çempionu edərək Premyer Liqaya qaytaran Ramiz Məmmədovdan gedir.

Düzdür, mingəçevirli çalışdırıcı hazırda şəhərin eyniadlı komandasına rəhbərlik edir. Lakin “Mingəçevir” yüksək dəstəyə vəsiqə qazana bilməsə, burada qalmaqdansa elitada işləməyi üstün tutacaq.

Məmmədovun “Şamaxı” və Şamaxı rəhbərliyi ilə xoş münasibətinin olması, üstəlik, vaxtilə burada çalışması qayıdışın mümkünlüyünü göstərir.

Qeyd etdiyimiz kimi, Ramiz Məmmədov adı siyahıda olan 3-4 nəfərdən biridir.

Mayın sonu, ən pis halda iyunun ilk yarısında bu sual öz cavabını tapacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 18:10 Çək və bizə göndər!