“O cür rəqibə 4 qol vurdularsa, deməli,  onları ciddiyə almaq lazımdır”

13:00 Şamaxı 152
“O cür rəqibə 4 qol vurdularsa, deməli,  onları ciddiyə almaq lazımdır”

Son iki turda “Zirə” və “Qarabağ” kimi iddialılarla bərabərə qalan (1:1, 0:0) “Şamaxı” çətin səfərə hazırlaşır.

Azərbaycan millisinə rəhbərlik edən Ayxan Abbasovun çalışdırdığı kollektiv bu dəfə Yevlaxda yerli komandanın qonağı olacaq.

Düzdür, “Şamaxı” elitada qalmağı 90-95 faiz təmin edib. Yəni bu mənada hər hansı qorxu və ya narahatlıq yoxdur.

“Şirlər”in məqsədi turnir cədvəlində “Sumqayıt”ı geridə qoyub mövsümü 7-ci pillədə başa vurmaqdır.

Sportinfo.az-a açıqlama verən müdafiəçi Abdulla Rzayev Yevlax səfərinin çətin keçəcəyini deyib:

“Karvan-Yevlax”ın sonuncu pillədə olması bizi aldatmamalıdır. Həqiqətən yaxşı komandadır, layiqli mübarizə aparırlar.

Rəqibin turnir cədvəlinin sonuncu pilləsində olması futbolçuların motivasiyasını artırır. İtiriləcək heç nə yoxdur. Ona görə də hər oyuna qələbə üçün çıxırlar ki, sonuncu yerdən qurtulsunlar.

8 aydan sonra qələbə qazanmağı bacardılar. Bu qələbə onlara inam verəcək.

“Kəpəz” kimi rəqibə 4 qol vurdularsa, deməli, “Karvan-Yevlax”ı ciddiyə almaq lazımdır.

Yevlaxa qələbə dalınca gedirik. Əzmkarlıq göstərib, taktiki baxımdan düzgün oynamaqla istəyimizə çatacağımıza inanıram”.

Aprelin 18-də Yevlax şəhər stadionunda gerçəkləşəcək duel saat 15:30-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti