Çempionatın ən “quru adamı” hansı komandanın qapısını qoruyur?

02:40 Şamaxı 60
Çempionatın ən “quru adamı” hansı komandanın qapısını qoruyur?

“Şamaxı”nın qapıçısı Rikardo Fernandes cari mövsüm Misli Premyer Liqasında ən çox quru oyun keçirən qolkiperlər sırasında birinci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı qolkiper 27-ci turda “Qarabağ”la qolsuz bərabərlik sayəsində liderliyi ələ keçirib.

Fernandes bununla 12-ci dəfə matçı qol buraxmadan tamamlayıb. O, aktivində 11 quru oyun olan Stas Pokatilov (“Sabah”) və Kenan Piriçi (“Neftçi”) geridə qoyub.

Rikardo Fernandes daha əvvəl IV, VII, IX, XI, XII, XIV, XVIII, XX, XXI, XXIII və XXIV turlarda qol buraxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 17:30 Çək və bizə göndər!
17 Aprel 08:20 "Səhvə yol verdiyim"