“Sabah”ın çempion olmasını istəyirəm” - “Şamaxı”lı müdafiəçi

20:20 Şamaxı 95
“Sabah”ın çempion olmasını istəyirəm” - “Şamaxı”lı müdafiəçi

“Şamaxı” cari mövsümdə növbəti dəfə “Qarabağ”a məğlub olmadı – 0:0.

Çempionluq uğrunda mübarizə aparan ağdamlılar Şamaxı səfərində rəqib qapısına yol tapmamaqla “Sabah”a yaxınlaşmaq fürsətini əldən verdi.

Meydanda ən fəal futbolçulardan biri müqavilə ilə “Sabah”a məxsus olub, icarə əsasında “Şamaxı”nın şərəfini qoruyan Abdulla Rzayev idi.

Azərbaycan millisinə də dəvət olunan cinah müdafiəçisi Abdullah Zubirlə Elvin Cəfərquliyevi zərərsizləşdirməyi bacardı.

Səbəbkar Sportinfo.az-a verdiyi açıqlamada “Sabah”ın çempionluğunu arzuladığını gizlətmədi:

“Həm “Qarabağ”a, həm də “Sabah”a böyük hörmətim var. “Qarabağ” uzun illərdir Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir.

Xüsusən sonuncu Çempionlar Liqasındakı nəticələri ilə üzümüzü güldürdü. “Qarabağ”a bütün turnirlərdə uğurlar arzulayıram.

O ki qaldı “Sabah”a, bu klubun futbolçusuyam, mənə doğma olan yerdir. Buna görə də “Sabah”ın çempion olmasını istəyirəm.

İnşallah, hər iki komanda növbəti avrokubok mövsümündə yaxşı nəticələr əldə edər”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti