“Qarabağ”ı büdrətmək üçün belə ediblər: “Əsas bu idi”

21:20 Şamaxı 157
“Qarabağ”ı büdrətmək üçün belə ediblər: “Əsas bu idi”

“Zirə”ylə oyunda 10 nəfərlə əldə etdiyimiz heç-heçənin davamını gətirmək istəyirdik. Komandada hədsiz motivasiya var idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın və Azərbaycan millisinin müdafiəçisi Abdulla Rzayev deyib.

Şənbə günü bölgədə baş tutan görüşdə “Qarabağ”ın meydan sahibi komandanın üzərində asan qələbə qazanacağını düşünənlər gümanında yanıldı.

İntizamlı müdafiə olunan “şirlər” 90 dəqiqə ərzində qapısının toxunulmazlığını qorumağı bacardı. Halbuki Dioqo Balau və Karim Rossi kimi aparıcı simalar bu görüşdə “Şamaxı”ya kömək edə bilmirdi.

Abdulla qeydə alınan qolsuz bərabərliyin səbəbini bu cür əsaslandırıb:

“Qarabağ”a qarşı oynayırsansa, taktiki planda ağıllı davranmalısan. İlk növbədə bunun üzərində çox çalışmışdıq.

Məşqlərdə və analizlərdə səhvlərimiz üzərində işləmişdik. Çalışırdıq Ayxan Abbasovun tapşırıqlarını düzgün yerinə yetirək.

Komanda şəklində çox yaxşı mübarizə apardıq, xarakter göstərdik. Həm müdafiə olunur, həm də əks-hücumlarda təhlükə yaradırdıq ki, “Qarabağ” tam qüvvə ilə irəli çıxa bilməsin.

Vacib olan qol buraxmamaq idi ki, bunun öhdəsindən gəldik. Hətta dəqiq oynasaydıq, hesabı aça bilərdik.

Qazandığımız 1 xalı taktiki planda düzgün oynamaq və xarakter göstərməklə əlaqələndirirəm”.

27 turdan sonra 56 xala sahib “Qarabağ” lider “Sabah”dan 10 xal geridə qalır.

Aktivində 32 xal olan “Şamaxı” eyni xala malik “Sumqayıt”la 7-8-ci pillələri bölüşür.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti