Premyer Liqadakı yerini 1 ay qabaq təmin edib «Şamaxı».
Rahatdılar artıq.
Bilirlər ki, nə liderlər qrupuna yüksəlmək şansları var, nə də asağı düşmək qorxusu.
Bundan sonrası üçün uzaqbaşı, bir pillə o yan-bu yan söhbəti olar, uzaqbaşı. Ancaq «Şamaxı» heç nə olmamış kimi mübarizəsini davam etdirir, əl-qolunu yanına salmır.
«Zirə» ilə səfərdə məğlubiyyətdən 90+2-ci dəqiqədə xilas oldular, bu dəfə də «Qarabağ»ı çempionluq yarışından bir qədər də uzaq tutdular.
Ayxan Abbasovun mövsümün axırında «Şamaxı» ilə vidalaşacağı futbolçularının hər birinə bəllidir.
Bəs «silah»ı yenə də yerə qoymamaqları, özlərini meydanda həlak etməkləri bilirsiz, nədən irəli gəlir?
Qiymətlərini qaldırmaq istəyirlər. Daha 3-5 min dollar/manata oynamaq fikirləri yoxdur.
Üç manat maaş alan beş manatlıq təklif almağı umur, beş manat alan gözünü on manata dikib. Abbasov gedəndən sonra kimdir onları dilə tutan?
Klubda elə şəxs varmı ki, xətir-hörmətə əvvəlki şərtlərlə yeni müqavilə imzalamağa razılaşsınlar?
Paltardəyişmə otağına girib, 300-400 manat söhbəti edən Elçin Usuba görə bəlkə? Ay-hay!
KAMİL

