“Şamaxı”yam, hər səfərdə uduzmaram

11:30 Şamaxı 116
“Şamaxı”yam, hər səfərdə uduzmaram

“Şamaxı” ilə qollu bərabərə qalan “Zirə” (1:1) ardıcıl 3-cü ev oyununda qələbə üzü görməyib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi “Kəpəz” (2:2) və “Qarabağ”dan (1:3) sonra “Şamaxı”nı da üstələyə bilməyib.

Əvəzində Misli Premyer Liqasının 26-cı turunda “Şamaxı” səfərdəki məğlubiyyətsizlik seriyasını 4 görüşə çatdırıb.

Bölgə klubu əvvəlki səfər matçlarında da “Kəpəz” (2:0) və “Sumqayıt”dan (1:0) güclü olub, “İmişli” ilə (0:0) xalları yarı bölüb.

“Turan Tovuz” isə səfərdə uduzmadığı ardıcıl oyun sayını 5-ə çatdırıb. “İmişli” ilə heç-heçə edən tovuzlular (1:1) əvvəlki səfər qarşılaşmalarında “Şamaxı” (0:0) və “Kəpəz”lə (1:1) də sülh bağlayıb, “Qəbələ” (3:0) ilə “Neftçi”yə (1:0) qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti