“Qarabağ”ı udmaq mümkündür, niyə də olmasın?” – “10 nömrə”nin iddiası

21:20 Şamaxı 190
“Qarabağ”ı udmaq mümkündür, niyə də olmasın?” – “10 nömrə”nin iddiası

“Qarabağ”a qarşı oynamaq hər bir futbolçu üçün xoşdur. Ümid edirəm ki, azarkeşlər matçdan zövq alacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın rumıniyalı yarımmüdafiıəçisi Andrey Tlrkoveanu deyib.

Aprelin 11-də Şamaxı şəhər stadionunda yerli komanda ilə son çempion “Qarabağ” üz-üzə gələcək.

“Karvan-Yevlax”la görüşdə rəqib qapısından 7 top keçirən ağdamlılar növbəti qələbənin arzusundadır.

Şamaxılılar da az aşın duzu deyil. Zirə səfərində əldə olunan bərabərliklə (1:1) rəqiblərinə baş ağrısı olacağını göstərdi.

Rəqibin bütün keyfiyyətlərdə üstün görünməsinə baxmayaraq, Andrey ümidlidir. Komandasının növbəti oyunda meydanı xalsız tərk etməyəcəyinə inanır.

“10 nömrə”nin “Qarabağ”la bağlı Sportinfo.az-a açıqlamasını təqdim edirik:

“Qarabağ”a qarşı oynamaq çətin, amma maraqlıdır. Belə rəqiblərlə qarşılaşmalardan zövq almağa çalışırıq.

Məğlubedilməz rəqib yoxdur. Oyuna ciddi yanaşıb meydanda taktiki planda düzgün çıxış etməklə hədəfə çatmaq mümkündür.

Doğma meydan amili bizim üçün üstünlükdür. “Qarabağ”a cari mövsümdə Şamaxıdakı matçlarda gücümüzü göstərə bilmişik.

Kubokda qalib gəlmiş, çempionatda son dəqiqə qolu ilə uduzmuşuq. “Qarabağ”ı udmaq mümkündür, niyə də olmasın?

Məqsədimiz 3 xaldır, lakin 1 xal da bizim üçün qazanc hesab olunacaq”.

Aprelin 11-də Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 15:30-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti