"Üst sıralara qalxmaq üçün çox yaxşı şanslarımız var"

19:00 Şamaxı 83
"Üst sıralara qalxmaq üçün çox yaxşı şanslarımız var"

"Şamaxı"nın müdafiəçisi Abdulla Rzayev Premyer Liqanın 23-cü turunda "Sumqayıt"ı məğlub etdikləri (1:0) görüşdən sonra Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq görüşü dəyərləndirib:

"Çox çətin oyun keçdi. "Sumqayıt" neçə oyundu qələbə qazana bilmirdi. Bilirdik ki, bu gün azarkeşləri önündə 3 xal qazanmaq istəyəcəklər. Yaxşı hazırlaşmışdıq. Düzdü, istədiyimiz kimi başlaya bilmədik. Amma gedişatda oyunumuzu düzəldə bildik. Şükürlər olsun ki, əlimizə düşən imkanı dəyərləndirib qələbə qazandıq. Daha çox çalışmalıyıq".

24 yaşlı futbolçu qarşıdakı 10 turda hədəflərinin bir qədər də irəliləmək olduğunu bildirib:

"Hər oyun bizim öz adımıza, komandamızın adına çox vacibdir. Hətta yoxlama görüşünə çıxanda belə əlimizdən gələni etməliyik. Məqsədimiz maksimum çox xal qazanmaq, daha da üst sıralara yüksəlməkdir. Bunun üçün yaxşı şansımız var".

O, sonda öz çıxışı barədə də söz açıb: "Öz oyunum haqqında danışmağım düz olmaz. 1 ilə yaxın futbol oynamadım. Ayxan müəllim sağ olsun burada şans verir. Tədricən formaya düşürəm. Məncə, daha çox işləməyim lazımdır. Bundan da artığını komandama vermək istəyirəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti