Şlyapadan dovşan çıxarmayan ŞİRBALA

21:40 Şamaxı 128
Şlyapadan dovşan çıxarmayan ŞİRBALA

Ayxan Abbasov «Şamaxı»dakı missiyasını həftələr öncə bitirib.

Qarşısına qoyulan məqsəd komandanı Premyer Liqada saxlamaq idi, öhdəsindən gəlib.

Minimum səkkizinci yer «Şamaxı»nındır. Oradan aşağı enən deyillər, 30 xalları var artıq.

Zarafat-zarafat, bir də gördün güc verdilər, altıncı pilləyə kimi yüksəldilər. «Bu, olacaq iş deyil» söylməyin, lütfən!

Ayxan Abbasov oradadırsa, hər şey mümkündür. Şlyapadan dovşan əvəzinə şir çıxarmaq kimi bir bacarığı olan baş məşqçidən danışırıqsa, heç nəyi istisna etməməliyik.

Odur, Kərim Rossi yenə aktivinə qol yazdı. İsveçrəli hücumçunun bir dəqiq baş zərbəsi Sumqayıt səfərində «Şamaxı»ya qələbə qazandırdı.

Çox maraqlıdır, mətbuat onu nə vaxt tənqid edir, ertəsi gün çıxıb qol vurur. Rossinin hesabındakı qolların sayı artıq 9-dur.

Komanda yoldaşları onu «tənbəl» adlandırır. Məşqlərdə hər topun arxasınca qaçmayan Rossiyə çempionatda 9 qol atdıra bilmək yenə baş məşqçi əməyidir.

Abbasovun yerində bir Məmmədqulu olsaydı, onu 3-4 turdan sonra ehtiyata atmışdı.

Sumqayıtda hansı tərəf hesabı açsaydı, o da 3 xalı bayram edəcəkdi. «Şamaxı» müdafiədə bəzi səhvlərə yol verdi, bununla belə, hər top uğrunda mübarizə apararaq, məqsədləroinə çata bildilər.

Son dəqiqəyə kimi ev sahiblərinə üçüncü zonada pressinq etmək güc və ürək istəyir. O da ki, Abbasovun «şirlər»ində!

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti