"Portu"da oynadı, Azərbaycan klubu ilə 3 aylıq müqavilə bağladı

17:20 Şamaxı 122
"Portu"da oynadı, Azərbaycan klubu ilə 3 aylıq müqavilə bağladı

“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fransisko Fernandesi heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, daha əvvəl "Sportinq"in aşağı yaş qruplarından ibarət və əvəzedici komandalarında, həmçinin "Portu"nun B komandasında oynayıb.

Rodriqo Fransisko kluba azad agent kimi qoşulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti