"Bu məsələlər rəhbərliklə müzakirə olunmur"

8 Mart 18:00 Şamaxı 271
"Bu məsələlər rəhbərliklə müzakirə olunmur"

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 23-cü turunun “İmişli” ilə matçından (0:0) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Sıx qrafikdə oynayırdıq, son matçda üzücü məğlubiyyət də almışdıq. Futbolçular psixoloji tərəfdən yorğun idilər. Buna baxmayaraq, yorğun halda bu gün 90 dəqiqə yaxşı mübarizə apardıq. "İmişli" çempionatda ən çox bərabərə qalan komandadır. Rəqibi oynamağa imkan vermirlər, özləri də oynamırlar. Qubada da görmüşdük, burada da gördük. Yorğun olsaq da, mühüm xal qazandıq. Çünki çempionatda həm yerimizi qorumalıyıq, yuxarı pilləyə də şansımız var. Mübarizə davam edir. Komandanı təbrik edirəm. Qarşıdakı matçlara baxacağıq.

- Demək olar ki, "Şamaxı" bütün təhlükələri bu mövsüm üçün özündən uzaqlaşdırdı?

- Futbolçularıma da demişəm, komandanın birinci məqsədi Premyer Liqada qalmaq idi. Çünki klub böyümək istəyirsə, Premyer Liqada qalmalıdır. Bəlli büdcəmiz var. Bizdən aşağı olan komandalardan heç nə ilə fərqlənmirik də, deyək ki, hansısa üstünlüyümüz var, böyük bazamız var, böyük komandayıq. Bilirsiz ki, Premyer Liqaya çıxdıqdan sonra 2-ci ilimizdir. İkinci ildə aşağı pillə həyəcanı yaşamamaq, gənclər, yeni legionerlər...Məncə, yaxşı nəticələrdir. İkinci dövrədən də stabil olaraq yerimizdəyik. Kubokda hədəf var idi. Amma "Qarabağ" çox güclü idi. Bəlkə də bir az təcrübə, rotasiya üçün geniş heyət olsaydı, daha yaxşı oynamaq olardı. Bundan sonrakı özümüz və futbolçuların gələcəyi üçün böyük motivasiyadır. Hər oyunda mübarizə aparacağıq.

- Yerli oyunçulara görə klublara bonuslar ödənilir. Rəhbərliklə danışmağı düşünürsüz ki, bundan sonra yerlilərə şans verək?

- Bəzi şeylər var ki, bu, sırf mənə aiddir. Azərbaycanda son dövrə qalanda, fikirlər də dəyişir, məqsədlər də. Ona görə bu cür suallar gəlir. Amma mənim öz məqsədim, yanaşmam var. Meydana kimi buraxacağıq, kimi oynadacağıq..Bu məsələlər rəhbərliklə müzakirə olunmur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti