Rumıniyalı yarımmüdafiəçi: “Qarabağ” ölkənin ən güclü komandasıdır”

6 Mart 16:40 Şamaxı 363
Rumıniyalı yarımmüdafiəçi: “Qarabağ” ölkənin ən güclü komandasıdır”

“Şamaxı” möcüzəni həyata keçirə bilmədi.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə Şamaxıda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən bölgə təmsilçisi Bakıda güclü rəqibinə uduzdu – 1:3.

Oyun başa çatandan sonra “Şamaxı”nın futbolçularının üzgünlüyü anlaşılan idi.

İkinci hissədə meydana daxil olan Andrey Tırkoveanu Sportinfio.az-a açıqlamasında 90 dəqiqə ilə bağlı fikirlərini səsləndirib:

“Qarabağ” ölkənin ən güclü komandasıdır. Bu, şəxsi fikrimdir. Keyfiyyətli futbolçuları və oturuşmuş heyəti var.

Eyni futbolçularla çox sayda oyun keçirib. Mərhələni adlamaq üçün yaxşı imkanlarımız var idi.

Lakin sonluq belə alındı. “Qarabağ” layiqli qələbə qazandı. Bunu etiraf etmək lazımdır.

Bundan sonra diqqətimizi Premyer Liqaya yönəltməklə uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Rumıniyalı müdafiəçi oyunun sonlarında penalti şansını boşa verən Karim Rossiyə dəstək olub:

“Penalti zərbələrini Karim yerinə yetirir. Bilirdik ki, topa o yaxınlaşacaq. “Neftçi”ylə oyunun son saniyələrində məsuliyyəti üzərinə götürüb lazım olan qolu vurmuşdu.

Bu dəfə də topa özü yaxınlaşdı. Çünki istəkli idi. Hər dəfə alına bilməz. Bəzən belə də olur. Hamımız ona dəstək olduq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti