O. gedir... Əliniz cibinizdə olsun!

09:40 Şamaxı 162
O. gedir... Əliniz cibinizdə olsun!

Ayxan Abbasovun «Şamaxı»dan ayrılmasına 3 ay qalıb.

Artıq iyunda burada olmayacaq o.

«Şamaxı»nın Premyer Liqada qalıb-qalmayacağını bilmək üçün həmin tarixədək gözləmək lazım gəlməyəcək amma. Mart ayı ərzində 2-3 xal da toplasalar, bu iş burada bitdi!

«Şamaxı» zəif və maaşları aşağı olan futbolçulardan quruludur. Bu komandadan «şah-şahalı» oyunu nə gözləyən var, nə tələb edən.

Di gəl, «Şamaxı» rəqiblərindən çəkinmir, xal və ya xallar qazanmaq üçün hər oyunda meydanda can qoyur.

Tanrı da Ayxan Abbasovun «Şamaxı»da uğurlu olmasını istəyir. «Neftçi» ilə son qarşılaşmanı nümunə kimi göstərək.

Qolun iyinin gəlmədiyi epizodlarla 1 xalı qurtardılar. Son saniyəyə qədər elə əzmkar mübarizə apardılar ki, komandalar arasında səviyyə və qiymət fərqi qətiyyən nəzərə çarpmadı.

Ayxan Abbasov futbolçunu qiymətə mindirən, onun dəyərini artıran məşqçilərdəndir. Belə mütəxəssislərin sayı azdır bizdə.

Yayda bu söhbəti yadınıza salarsız - «Şamaxı»nın əksər yerli və əcnəbi oyunçularına digər klublardan böyük məbləğdə təkliflər axacaq - indi qazandıqlarından iki-ü dəfə artıq.

«Şamaxı» I Liqaya qayıtmağı arzulamırsa, bugündən etibarən əl-ayağa düşməlidir, yatmamalıdır.

Babat sponsor tapmalıdırlar. Ki, Ayxan Abbasovdan sonra gələcək baş məşqçi, heç olmasa, hazırkı nəticəni təkrarlaya bilsin.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti