“Bu, təzyiq yaradacaq” - Onu gələcək yox, bu gün maraqlandırır

21 Fevral 23:40 Şamaxı 126
“Bu, təzyiq yaradacaq” - Onu gələcək yox, bu gün maraqlandırır

“Şamaxı” – “Turan Tovuz” qarşılaşmasında Sergey Samokun üzü gülürdü.

Rusiyalı qapıçı cari Premyer Liqa mövsümündə ikinci dəfə əsas heyətdə yer almaqla həmkarı Oleq Baklovdan geri qalmadığını göstərməyə çalışdı.

İkinci hissənin gedişində “Şamaxı”lı Sezar Enrike təxminən 60 metrdən mövsümün bəlkə də ən baxımlı qolunu Samokun qapısından keçirməyə yaxın olsa da, top dirəyə tuş gəldi.

Sportinfo.az-a müsahibə verən rusiyalı kiper sualları cavablandırıb.

- Qələbəni bayram etmək üçün nə çatmadı?

- İlk növbədə qol və ya qollar. Düzdür, imkanlarımız elə də çox olmadı. Ancaq yenə də fərqlənmək olardı. Bunun üzərində işləməliyik.

- Cari mövsümdə Premyer Liqada ikinci oyuna çıxdın. Özünü necə hiss edirsən? Hazırlıq durumun necədir?

- Hər şey yaxşıdır, özünəinamım yerindədir. Daim oynasam da, oynamasam da, formamı qorumaq üçün mütəmadi məşq edirəm, hazır olmağa çalışıram. Bununla bağlı heç bir problem yoxdur, hər şey qaydasındadır.

- “Qarabağ”la “Sabah”ın uzaqlaşdığını nəzərə alsaq, avrokuboklara yerdə qalan iki vəsiqə uğrunda əsas mübarizənin “Neftci”, “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan” və “Sumqayıt”ın arasında gedəcəyi şübhə doğurmur. Bu məqam sizdə gərginlik, yaxud əlavə stres yaradır?

- Xeyr. Düzdür, turnir cədvəlində sıxlıq müşahidə olunur, komandalar bir-birinə hədsiz yaxındır. Sözsüz, çətin vəziyyətdir, sonluğun necə olacağı maraqlıdır. Lakin biz buna çox da önəm vermirik. Gələcəklə nələrin olacağını yox, hər qarşıdan gələni rəqibi düşünürük. Ona görə də hansısa gərginlikdən söhbət gedə bilməz.

- Şamaxda 2 xal itirdiyiniz üçün “Zirə” üçüncü pilləyə yüksəldi. Növbəti turda məhz “Zirə” ilə qarşılaşacağınızı nəzərə alsaq, yerdəyişmənin rəqibin xeyrinə işləyəcəyini düşünürmürsən ki?

- Əlbəttə, bu gün qələbə bizə çox vacib idi. Önəmli 2 xal itirdiyimizi düşünürəm. Yəqin ki, bu, müəyyən təzyiq yaradacaq. İstənilən halda vəziyyətdən çıxmaq barədə düşünməliyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:30 Çək və bizə göndər!