“Bu məğlubiyyət bizim üçün böyük təcrübə oldu”.
“Şamaxı”nın hücumçusu Kerim Rossi Sportinfo.az-a açıqlamasında belə deyib.
İsveçrəli forvard Premyer Liqanın 18-ci turunda «Qəbələ»yə 0:4 hesablı yenilginin komandaya təsirindən söz açıb:
“Sanki “Qəbələ”ni rahat məğlub edəcəyimizlə bağlı rahatlıq var idi “Şamaxı”da? Əslində, çox səbəblər tapmaq olar.
Konkret nəyinsə üstündə dayanmaq olmur. Fikrimcə, ən böyük nöqsanımız ikinci hissənin əvvəlində ehtiyatı əldən verib, 2-ci qolu buraxmağımız oldu.
İlk hissənin sonunda və ikinci hissənin əvvəlində qapımızda ardıcıl qollar görməyimiz gərginliyi və tələskənliyi artırdı. Bu, həyatın sonu deyil.
Toparlandıq və səfərdə «Kəpəz»i udduq. Yenə də yolumuza davam etməliyik».

