“Bu, klubdan asılı məsələdir, mənim nəsə deməyim doğru olmaz”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın yeni müdafiəçisi Abdulla Rzayev deyib.
"Şorlər" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.
Bölgə təmsilçisi "Sabah"ın müdafiəçisi Abdulla Rzayevi mövsümün sonuna qədər icarəyə götürüb.
"Turan Tovuz"dan ayrılan 24 yaşlı oyunçu cari mövsümün sonunadək "Şamaxı"nın formasını geyinəcək:
"Mən 2027-ci ilin yayına qədər “Sabah”a məxsusam. Klub rəhbərliyindən azad agent statusuna sahib olmaqla bağlı xahiş etmək, yaxud hansısa məbləğ qarşılığında həll yolunu tapmaqla bağlı planım varmı?
“Sabah” məni icarə əsasında olsa belə, mütəmadi oynamaq üçün başqa klublara göndərirsə, deməli, yaxşılığımı istəyirlər.
Əlbəttə, mən bunu başa düşürəm və qiymətləndirməyə çalışıram.
"Şamaxı"ya gəlməkdə məqsədim yenidən oyun praktikası qazanmaq və özümü göstərməkdir. Burada əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun".

