Ötən yay ölkəmizə gətirilən ən yaxşı əcnəbilərdən biri Kərim Rossidir.
"Şamaxı"nın 31 yaşlı hücumçusu ilk gündən bura elə-belə yerə gəlmədiyini göstərməkdədir.
Yaxşı seleksiya bacarığı ilə illərdi özünü təsdiqləyən Ayxan Abbasovun yeni tapıntısı mövsümün geridə qalan bölümündə meydan çıxdığı 21 oyunda 9 qolla yadda qalıb.
Hədəfi Premyer Liqada qalmaq olan klubda belə göstərici əla hesab oluna bilər.
Nəzərə alaq ki, bu gün Premyer Liqamızın ən məhsuldar oyunçusu olan Coy-Lens Mikelsin aktivində 9 qol var.
Deməli, İsveçrəli forvard boyundan yuxarı tullana bilib.
Əbəs deyil ki, "Şamaxı"da göstərdiyin yaxşı performansın artıq vətənində də müzakirə olunur.
Hətta milliyə dəvət olunacağı da yazılan xəbərlər arasındadır.
Hər halda 31 yaşında ilk dəfə İsveçrə millisinə dəvət almaq sıradan olay hesab edilə bilməz.
Sportinfo.az-a açıqlama verən təcrübəli oyunçu məsələ ilə bağlı bunları deyib:
"Bəli, bəzi media qurumları adım haqqında yazıb. Çünki hazırda aktiv futbolçular arasında ən çox qol vuran isveçrəli oyunçuyam.
Bu, böyük şərəf olar. Həm zəhmətimin mükafatı, həm də əsas millidə ilk dəfə çıxış etmək şansı ola bilər.
Görək nə olacaq. Futbolda hər şey mümkündür".
XANOĞLAN

