"İlk gündən hansısa problemin olmayacağını hiss etdim"

11 Fevral 23:40 Şamaxı 115
"İlk gündən hansısa problemin olmayacağını hiss etdim"

Bəzi legionerlər yeni mühitə öyrəşmək üçün zamana ehtiyac duyur.

Sezar Enrike onlardan fərqlənir.

Ötən ilin yayında ölkəmizə gəlmiş braziliyalı müdafiəçi “Şamaxı”ya qoşulan gündən özünü rahat hiss eləyir. Meydanda sanki uzun illərdir Azərbaycanda futbol oynayırmış kimi görünür.

“Sambaçı“ əməkdaşımızın “bunun üçün nə etdin və ya sənə nə kömək etdi“ sualına cavabında söyləyib:

“Başlıca səbəb klubda işə peşəkar yanaşmanın olmasıdır. İlk gündən hansısa problemin olmayacağını hiss etdim və özümdə rahatlıq tapdım, bütün diqqətimi futbola yönəltdim.

Digər səbəb komandada bir neçə futbolçu ilə eyni dildə danışmağımdır.

Həm futbolçu yoldaşlarımdan, həm də ətrafımda olan insanlarda dəstək görməyim işimi asanlandırdı“.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 18:10 Çək və bizə göndər!
11 Fevral 03:50 Lamiyə rekorda imza atdı