“Bilmək olmaz, bəlkə sürpriz etdik və “Qarabağ”ı keçdik”

01:50 Şamaxı 118
“Bilmək olmaz, bəlkə sürpriz etdik və “Qarabağ”ı keçdik”

“Qarabağ”la cavab oyunumuz da var.

Bilmək olmaz, bəlkə sürpriz etdik və mərhələni biz keçdik. Mümkün olduğu qədər irəliləməyə çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın hücumçusu Karim Rossi deyib.

O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə fikirlərini bölüşüb.

Görüşdə “dubl” edərək komandasına qələbə qazandıran 32 yaşlı isveçrəli futbolçu təəssüratlarını belə ifadə edib:

“Bizim üçün yaxşı nəticədir. “Qarabağ”ın gücünü bilirik.

Ancaq biz taktiki olaraq yaxşı oynadıq. Nəticədən razıyıq.

Kubokda ilk qolumu vurdum. Çanki daha öncə start heyətində oynamamışdım.

Mövsümün bombardiri olmaq istəyirəm. Düzdür, bu qollar kuboka sayılır.

Amma istəyim qolların ardını gətirmək və komandama daha çox xeyir verməkdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
7 Fevral 18:10 Çək və bizə göndər!
7 Fevral 02:20 0:6 hesabı ilə uduzduq