“Bəzi təkliflər gəlməkdədir” – Azərbaycandakı braziliyalıdan səmimi etiraf

15:15 Şamaxı 263
“Bəzi təkliflər gəlməkdədir” – Azərbaycandakı braziliyalıdan səmimi etiraf

Ötən mövsüm “Şamaxı”nın heyətində baxımlı oyun sərgiləyən Leroy Mikelslə Brahim Konate yayda “Zirə”nin təklifini qəbul etdi.

Məlum məsələdir ki, əksər futbolçular “Şamaxı” kimi kiçik büdcəli klubları tramplin kimi istifadə etmək üçün gəlir.

Cari mövsümün gedişində bölgə təmsilçisinin heyətində inamlı oyunu ilə seçilənlər az deyil. Çox güman, yayda onlar da Premyer Liqanın digər təmsilçilərindən təklif alacaq.

Onlardan biri Sezar Enrikedir.

25 yaşlı braziliyalı mərkəz müdafiəçisi inamlı çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Artıq indidən ona maraq göstərən klublar var.

Səbəbkar Sportinfo.az-a açıqlamasında faktı təsdiq edib:

“İnanıram ki, etibarlı oynadıqca bəzi təkliflər gələ bilər. Təbii ki, artıq bəzi təkliflər gəlməkdədir. Hələlik buna önəm vermirəm.

Sadəcə “Şamaxı” ilə müqaviləmin olduğuna diqqət yetirmək istəyirəm. Peşəkarlığı qorumaq və mövsümün sonuna qədər diqqətimi 100 faiz işimə yönəltməyim mütləqdir.

Mövsümün sonunda bu barədə klubla danışığımız olacaq. Hazırda dediyiniz məsələ haqda qəti düşünmürəm”.

“Şamaxı” ilə müqaviləsinin müddəti bu ilin iyun ayına qədər olan Sezar Enrike cari mövsümdə 17 oyunun iştirakçısı olmaqla 2 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti