“Qarabağ” Şamaxının dumanında “gözdən itdi” - VİDEO

6 Fevral 00:30 Şamaxı 348
“Qarabağ” Şamaxının dumanında “gözdən itdi” - VİDEO

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı"ya qarşı ilk oyununda məğlub olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlardan Musa Qurbanlı 76-cı dəqiqədə adını tabloya yazdırıb.

Komandalar arasında cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.

"Şamaxı" - "Qarabağ" 2:1

Şamaxı şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə
Dördüncü hakim: Murad Səlimov
VAR: Rauf Cabarov
AVAR: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Karim Rossi, 13 (qeyri-idman hərəkəti); Oruc Məmmədov, 77 (qeyriidman hərəkəti) // Musa Qurbanlı, 45 (qeyri-idman hərəkəti)
Qollar: Karim Rossi, 26; 42 // Musa Qurbanlı, 78
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.

“Şamaxı”
1. Rikardo Fernandes
5. Arsen Ağcabəyov (k)
2. Abdulla Rzayev
(80. Həbib İsmayılov, 71)
97. Oruc Məmmədov
(27. Emil Süleymanov, 82)
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
(8. Alfons Msanqa, 71)
9. Karim Rossi
(10. Andrey Tirkoveanu, 82)
13. Rikardo Apolinario
11. Dioqo Balau
(19. Abdullahi Şuaybu, 87)
4. Sezar Enrike
44. David Santos
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
21. Bilal İsmayılov
48. Ramiz Muradov
14. Ravil Qafarov
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”
97. Fabian Buntiç
55. Bədavi Hüseynov (k)
77. Ramil Şeydayev
(10. Abdullah Zubir, 61)
27. Toral Bayramov
22. Musa Qurbanlı
32. Hikmət Cəbrayılzadə
(9. Joni Montiel, 61)
20. Kadi Borqes
(8. Marko Yankoviç, 61)
3. Sami Mmae
18. Dani Bolt
21. Aleksey Kaşuk
(17. Kamilo Duran, 61)
11. Emmanuel Addai
(15. Leandro Andrade, 61)
Ehtiyat oyunçular:
99. Mateus Koxalski
30. Abbas Hüseynov
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
2. Mateus Silva
6. Kris Kuaku
35. Pedro Bikalyo
Baş məşqçi: Qurban Qurbanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti