Antonio Lara yeni təklif aldığı üçün “Şamaxı”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisində əsas heyətə düşə bilməyən legioner getməyə özü qərar verib.
Klub hələ ötən ilin dekabrında mərkəz müdafiəçisinə yeni iş yeri tapmağı məsləhət bilmişdi.
Variantı olmayacağı halda braziliyalı mövsümün sonunadək heyətdə saxlanılacaqdı. Və son günlərdə qəfil dəvət gəlib,
Lara da “Şamaxı” rəsmiləri ilə danışaraq müqaviləyə qarşılıqlı razılıqla xitam verməyə nail olub.
Lara bundan sonra Maltada oynayacaq. Bu ölkənin lider komandalarından olan “Floriana” mərkəz müdafiəçisi ilə müqavilə bağlayacaq.

